Şagirdlərimiz yay məktəbində

Məktəbimizdə 2021-2022-ci tədris ilində iyun ayının 16-dan 2 həftə müddətinə ödənişsiz və könüllü əsaslarla təşkil edilən “Yay məktəbi”nə start verilib.
30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib.
“Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir.
“Yay məktəbi” ərzində ekskursiyalar, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər həyata keçirilir.
Şagirdlərimiz yay məktəbində həvəslə iştirak edirlər.