Qurtuluş günün mübarək, Vətən

XI sinif şagirdlərinin “Son zəng” tədbirində həm də Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən 15 iyun tarixindən - Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasətindən danışılıb.

Qeyd edilib ki, iyunun 15-i xalqımız üçün əsil qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Həyatı, fəaliyyəti, yaşadığı mənalı ömrü Vətənə məhəbbət, sədaqət nümunəsi olan bu dahi insan gənclər üçün əsil tərbiyə məktəbi yaradıb.

Bu məktəbin layiqli yetirməsi olan hörmətli Prezidentimiz İlham Əliyev Ulu öndərin bizə əmanət qoyduğu müstəqil Azərbaycanımızın tərəqqisi, ərazi butövlüyünün qorunması, Azərbaycan balalarının şən, firavan böyüməsi, inkişafı üçün yorulmadan çalışır.

Bu gün vətənimiz əminli əllərdədir. Gənc nəslin milli-mənəvi dəyərlərimizə söykənərək azad yaşaması, təhsil alması üçün hər cür şərait yaradılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi