Son zəng tədbiri keçirilib

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin 9 iyun 2022-ci il tarixli
F-367 nömrəli əmrinin icrası təmin edilərək iyunun 14-ü 2022 - ci il tarixdə məktəbimizin həyətində “Son zəng” tədbiri keçirilib.
“Son zəng” tədbirində XI siniflərin valideyn komitələri, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ziba xanım Nəcəfova, Vətən müharibəsi qazisi Roman Zeynalov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açan məktəbin direktoru M.İsmayılova məzunları təbrik edərək onlara uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Respublikaının Dövlət Himni oxunub. Vətən şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Məzunların vətən, doğma məktəb, müəllimlər haqqında ürək sözləri dinlənilib, rəqsləri, mahnıları maraqla izlənilib. Çıxış edənlər məzunlara uğurlu yollar arzulayıblar.
“Son zəng” tədbiri keçirilən müddətdə şagirdlərin təhlükəsizliyi təmin olunub.