Heydər Əliyev irsini öyrənirik

Xalqımızın ümummilli lideri H.Əliyevin irsinin öyrənilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə şagirdlərimiz ulu öndərin həyat və fəaliyyətinə dair maraqlı təqdimatlarla, video- çarxlarla çıxış ediblər.
XI sinif şagirdləri “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçilən xüsusi dərslərdə iştirak ediblər.
Dərslərin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarət olub.
Eyni zamanda şagirdlərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam düşüncəli, vətənpərvər şəxsiyyət kimi formalaşmasına, müstəqil həyata hazırlanmasına xidmət edir.