Xoşbəxt olsun uşaqlar

01.06.2022-ci il tarixdə məktəbimizdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirilib.

Məktəbin foyesində şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Rəsm üzrə fərqlənən istedadlı şagirdlərin iştirakı ilə asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Tədbirdə iştirak edən şagirdlər vətənimizə, xoşbəxt gələcəyimizə aid şeirlər söyləyiblər, mahnı oxuyaraq rəqs ediblər.

 Məktəbin direktoru M.H.İsmayılova uşaqları bayram münasibətilə təbrik edərək onlara xoşbəxt gələcək, sağlam həyat, uğurlu təhsil arzulayıb.

M.İsmayılova çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verib.

Bildirib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. 

Sonra məktəb direktoru ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdiyini vurğulayıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi