Şagirdlərimiz Şuşada

Məktəbimizin VII ”e” sinif şagirdi Rəhimli Həbib məktəblilər arasında keçirilən “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin qalibi olub. O, finalçı olaraq Şuşa şəhərində keçirilən yekun konsertdə iştirak edib.

Məktəbimizin VII “q” sinif şagirdi Sona Əzizova Azərbaycanın Evroviziya yarışmasında təmsilçisi olaraq Fəxri qonaq qismində Şuşada keçirilən festivala dəvət olunub.

Hər iki şadirdimiz gözəl ifaları ilə tamaşaçılara yaddaqalan anlar yaşadıblar.

Festival-müsabiqənin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir. Həmçinin, təhsilalanları vətənpərvərlik, torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təmin etməkdir 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi