Təbiətimizi qoruyuruq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-138 nömrəli əmri ilə həyata keçirilən “Təbiəti qoruyanlar” layihəsinin icrası istiqamətində məktəbimizdə iməclik keçirilib.
Məktəbimizin həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib, ağacların dibləri yumşaldılıb.
Şagirdlər müəllim və valideynlərinin köməyi ilə sevə-sevə hazırladıqları quş dənliklərini ağaclardan asıblar.
Həyata keçirilən iməcliyin əsas məqsədi uşaqların əməyə alışdırılması, peşələrə marağın artırılması, asudə vaxtlarının səmərəli təşkili, təbiətin, yaşıllığın qorunmasının vacibliyinin təbliğ olunmasıdır.
Şagirdlər iməclikdə həvəslə iştirak ediblər.