"Şuşa ili" çərçivısində "Vətən bağı al-əlvandır" adlı tədbir keçirilib

BŞTİ - nin 31 mart 2022-ci il tarixli F-121 nömrəli əmrinə əsasən "Şuşa ili" ilə bağlı məktəbin tədbirlər planı hazırlanıb təsdiq edilib. 27.05.2022-ci il tarixdə "Şuşa ili" çərçivəsində " Vətən bağı al- əlvandır" adlı tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini H.Əsgərov, Qarabağ qazisi Roman Zeynalov, incəsənət və ictimaiyyət nümayəndələri, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən müharibəsində şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra istedadlı şagirdlərimizin ifasında tarixi yurd yerimiz Şuşaya, Vətənə, qəhrəmanlarımıza həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, səhnəciklər göstərilib, rəqslər ifa olunub.

 Tədbirin keçirilməsində  məqsəd gənc nəsli Şuşanın, Qarabağın Azərbaycan tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, həmçinin, şagirdləri vətənpərvərlik, torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etməkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi