Məktəbdə peşəyönümü xidmətinin təşkili

28.04.2022- ci il tarixdə məktəbimizin lX sinif şagirdləri ilə "Məktəbdə peşəyönümü xidmətinin təşkili" istiqamətində iclas keçirilib.
Məktəbin direktoru M.İsmayilova şagirdlərə düzgün ixtisas seçimi, peşələrə yiyələnmək, sevdiyin peşə ilə məşğul olmaq barədə danışaraq tövsiyələr verib.
Tədbirdə iştirak edən 7 saylı Bakı Peşə Liseyinin əməkdaşları liseydə tədris olunan ixtisaslar barədə geniş və ətraflı məlumat verərək, şagirdləri maraqlandıran sualları cavablandırıblar.