"Ailəm və məktəbim"

          Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F - 145 nömrəli əmrinə əsasən “Ailəm və məktəbim“ layihəsinin həyata keçirilməsi məqsədi ilə  məktəbimizdə valideyn iclasları keçirilib.

           İclaslarda IX-XI siniflərin valideynləri və müəllimlər iştirak ediblər.  İclas zamanı məktəbdə keçirilmiş müxtəlif tədbirlər, məktəbdaxili müsabiqələr, ayrı-ayrı fənlər üzrə “Bilik yarış”ları, fənn aylıqları, şagirdlərin təlim nəticələri və buraxılış imtahanlarında iştirakları barədə məsələlər valideynlərin nəzərinə çatdırılıb.

           “Məktəb-valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda söhbət aparılıb. Məktəbin prioritet fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və müvafiq istiqamətlər üzrə planlaşdırılan tədbirlərin fəaliyyət planlarında öz əksini tapması, ictimai hesabatlığın təmin edilməsi məqsədi ilə valideynlərin rəy və təklifləri dinlənilib. Valideynlərlə "Düzgün ixtisas seçimi və peşəyönümü xidmətinin təşkili" ilə bağlı maarifləndirici söhbət də aparılıb.

            İclaslarda çıxış edən məktəbin direktoru M.İsmayılova peşəyönümünün əsas məqsədi, peşə seçiminə təsir edən amillər və düzgün qərar qəbul etmənin yollarından bəhs edib.

            Şagirdlərin ixtisas seçimində, peşəyönümü yolunun müəyyənləşdirilməsində meyil və maraqlarının nəzərə alınması və hörmətlə yanaşılması valideynlərə tövsiyə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi