Kiçik Akademiyanın təqdimatı: "Orqanizmimizi öyrənirik"

Məktəbimizin biologiya müəllimi Cahan Əhmədova və Kiçik Akademiya üzvlərinin iştirakı ilə 14.05.2022-ci il tarixdə "Orqanizmimizi öyrənirik" adlı tədbir keçirilib. Tədbirdə səkkizinci sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Akademiya üzvləri insan orqanizminə aid olan mühüm orqanların maketini hazırlayaraq onlar haqqında maraqlı məlumat və faktlarla çıxış ediblər.

Eyni zamanda insanların sağlamlığına təsir edən zərərli vərdişlərdən danışaraq onlardan uzaq olmağı məsləhət görüblər.

Bununla şagirdlər həkimlik peşəsinə olan maraqlarını həvəslə ifadə edərək gələcək arzularını da bildiriblər.

Tədbirin məqsədi şagirdlərdə özünəinam, sağlam rəqabət, mübarizlık hisləri formalaşdırmaq, düzgün ixtisas seçiminə yönləndirmək, bilik və bacarıqlarını möhkəmləndirmək, istedad və qabiliyyətlərini üzə çıxarmaqdan ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi