Narkomaniyaya qarşı mübarizə tədbirləri

Bu gün məktəbimizdə "Narkomaniyaya yox deyirik" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin formalaşdırmasıdır.

Tədbirdə məktəbin IX-XI sinif şagirdləri iştirak edib. Binəqədi Rayonu Polis İdarəsinin nümayəndələri narkotik maddələrin insan orqanizmində yaratdığı fəsadlardan danışaraq məktəblilərin zərərli vərdişlərdən qorunması, yad təsirlərdən uzaq olması, sağlam həyat tərzi keçirməsi istiqamətində tövsiyələr veriblər.           

Şagirdlər mövzu ilə əlaqədar məruzə və tövsiyələri diqqətlə dinləyiblər və Binəqədi rayonu Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi