Əziz Şuşa, sən azadsan

Məktəbimizdə "Şuşa ili" çərçivəsində tədbirlər həyata keçirilir. Şagirdlərin rəsmlərindən, əl işlərindən ibarət sərgilər təşkil olunur.
Növbəti tədbirimiz lV "a" sinif şagirdlərinin və sinif müəllimi əməkdar müəllim Səmagul Əliyevanın iştirakı ilə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsində keçirilib.
Şagirdlərimiz Şuşa haqqında təqdimatlar ediblər. Şuşaya həsr olunmuş şeirlər söyləyiblər. Hazırladıqları əl işlərini nümayiş etdiriblər.
Tədbirin sonunda şagirdlər əl işlərni və rəsmlərini kitabxanaya təqdim ediblər.