Gəzinti

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə gəzintilər, ekskursiyalar təşkil edilib.

Şagirdlərimiz “Suraxanı” tanker - gəmi muzeyini ziyarət ediblər. “Suraxanı” tanker - gəmi muzeyinin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə də imza atılıb.

Şagirdlərimiz burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla, Xəzər Dəniz Gəmiçiliyinin tarixi ilə yaxından tanış olublar.

“Suraxanı” gəmi-muzeyində ekskursiyada olan şagirdlər gəzintidən məmnun halda qayıdıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi