Xalqımızın dahi oğlu

10 may 2022- ci il tarixdə məktəbimizdə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99 – cu ildönümü ilə bağlı "Dəyirmi masa" keçirilib.

Məktəbin tarix müəllimi, əməkdar müəllim Sevinc Məmmədova Ulu öndərin zəngin irsi, fəaliyyəti, vətənə olan sonsuz məhəbbəti barədə danışıb. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şagirdlərin ümummilli liderə həsr olunmuş təqdimatları dinlənilib.

Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın dövlət  quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, zəngin irsi, qazanılan uğurlar  barədə  şagirdlərə ətraflı məlumatlar vermək, şagirdlərin potensial imkanlarını üzə çıxarmaq, milli-mənəvi dəyərlərə malik, sağlam düşüncəli, vətənpərvər  şəxsiyyətlər yetişdirməkdən və müstəqil həyata hazırlamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi