Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya keçirilib

30.04.2022-ci il tarixdə məktəbimizin Vlll"d" sinif şagirdləri tarix müəllimi, əməkdar müəllim S. Məmmədova və rus dili və ədəbiyyat müəllimi Ü.Həsənova ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada olublar.

Onları qarşılayan bələdçi Milli Azərbaycan Tarixi Muzeyi haqqında məlumat verərək bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyi tariximizin bütün dövrlərinə aid maddi və mənəvi nümunələrin qorunması və tanıdılması baxımından misilsiz sərvətə malikdir. Muzeyin yerləşdiyi bina isə neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bina Bakıda bir çox möhtəşəm tikililərin memarı olmuş İosif Qoslavskinin layihəsi əsasında 1895-1901-ci illlərdə inşa edilib və “Tağıyev sarayı” kimi tarixin yaddaşına yazılıb. Məşhur milyonçu ailəsi, yaxın qohumları ilə birlikdə bu üçmərtəbəli binada 18 il – 1920-ci ilə qədər yaşamışdır. Hazırda binanın 9 otağında Tağıyevin ev-muzeyi fəaliyyət göstərir. Bu otaqlarda Hacı Zeynalabdin Tağıyevə və ailəsinə məxsus mebel və əşyalara qorunub saxlanılır. Muzeyin digər otaqlarında isə qədim zamanlardan bu günədək Azərbaycan tarixini əks etdirən 300 minə qədər eksponat altı şöbədə yerləşdirilib. Daş dövrü, orta əsrlər və antik dövrə aid əşyalar muzeyin qiymətli eksponatları sırasındadır.

Şagirdlərimz Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi-mədəniyyət nümunələrini, xanlıqlar dövrünə aid müxtəlif eksponatları, bayraqları, şəhər-qalaların rəmzi açarlarını, tarixi sənədləri, geyimləri, numizmatika fondunda saxlanılan150 mindən çox sikkə və əskinasları böyük maraqla izləyiblər.

Ekskursiyanın sonunda zəngin tariximizin müxtəlif dövrlərinə səyahət edən şagirdlərimiz Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etməkdən məmnun olduqlarını bildiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi