Oxu dərsi kitabxanada keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsində məktəbimizin rus bölməsinin 3 “e” sinif şagirdləri və sinif müəllimi Tanya Məmmədovanın iştirakı ilə “Mütaliə saatı” təşkil edilib.
Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəbliləri şöbə ilə yaxından tanış edib və “Mütaliənin faydaları” mövzusunda söhbət aparıb. Qeyd olunub ki, insanın kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolu böyükdür. Mütaliə insanı söhbətcil və hazırcavab edir.
Daha sonra məktəblilərə Uşaq şöbəsinin fondunda olan rus dilində olan maraqlı ədəbiyyat kitabları haqqında məlumat verilib. Şagirdlər böyük şair Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında hazırladıqları kompozisiyanı rus dilində təqdim ediblər. Şagirdlərimizin Şuşa mövzusunda çəkdikləri və Mərkəzi Kitabxanaya hədiyyə etdikləri əl işləri, rəsmlər böyük maraq doğurub.
Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva şagirdlərə şöbənin fondunda yer alan Bəhram Bağırzadənin rus dilində nəşr olunan "Габала для детей", "Гянджа для детей", "Шамахы для детей", "Азербайджанская кухня" kitabları haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlər bu kitablardan maraqlı məlumatları üzdən oxuyublar.
Keçirilən tədbirin məqsədi mütaliənin, kitab oxumağın əhəmiyyətini məktəbli oxuculara aşılamaqdır. Mütaliə zamanı "Хорошая книга-твой друг на всю жизнь"adlı videoçarx hazırlanıb.