Hər bir peşə faydalıdır

28.04.2022 - ci il tarixdə məktəbimizin lX sinif şagirdləri ilə Peşəyönümü istiqamətində maarifləndirici tədbir keçirilib.
Məktəbin direktoru M.İsmayilova düzgün ixtisas seçimi, peşələrə yiyələnmək, peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə danışaraq şagirdlərə tövsiyələr verdi.
Qeyd olundu ki, peşəyönümü xidmətinin təşkilində əsas məqsəd şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması; təhsilalanlarda ixtisas və peşə seçimi prosesində bilik, bacarıq və səriştələrdən istifadəetmə qabiliyyətinin formalaşdırılması; maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq, təhsilalanların müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi və onlara peşə məsləhətlərinin verilməsi; təhsilalanların karyera planlaşdırılması və ömürboyu təhsil imkanları barədə məlumatlandırılması; təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması və onların gələcəkdə öz iş yerlərini yaratmalarına həvəsləndirilməsi; karyera planlaşdırılmasında sərbəst seçim imkanı verilməklə təhsilalanlarda peşə təhsili ilə bağlı ilkin bilik və bacarıqların ümumi təhsil pilləsində formalaşdırılmasıdır.
Tədbirdə iştirak edən 7 saylı Bakı Peşə Liseyinin əməkdaşları liseydə tədris olunan ixtisaslar barədə geniş və ətraflı məlumat verərək, şagirdləri maraqlandıran sualları cavablandırıblar.