Məktəb həyatını maraqlı edək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F - 145 nömrəli əmrinə əsasən “Ailəm və məktəbim“ layihəsinin həyata keçirilməsi məqsədi ilə valideynlər məktəbdə bir gün keçiriblər.

Övladları və müəllimləri ilə birlikdə  "Təbiəti qoruyaq" layihəsinin icrasını təmin etmək məqsədilə məktəbin həyətində ağac və gül toxumları əkiblər.

Toxum əkdikləri sahəyə su verərək qulluq göstəriblər. Sonra şagirdlərlə birgə hazırladıqları quş dənliklərinə dən tökərək ağaclardan asıblar.

Birgə fəaliyyətdən həm şagirdlər, həm valideynlər, həm də müəllimlər çox məmnun qalıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi