Məktəbimizdə “Empati” eTwinning layihəsi işə başlayıb

Dünya bizim evimizdir. Dünyada ancaq insanlar yaşamır. Ətrafımızdakı bütün canlılar yaşamaq hüququna malikdirlər. Canlılar yaşadıqları yerə, yaşadıqları şəraitə və fiziki görünüşünə görə bir-birindən fərqlənirlər. Bu fərqlilikləri zənginlik kimi dəyərləndirməliyik. Fərqli şəraitdə yaşayan canlılara empatiya göstərmək, onları anlamaq və çətin şəraitlərini asanlaşdırmaq lazımdır.
Bu məqsədlə Azərbaycandan, Turkiyədən və Serbiyadan ortaqları olan “Empati” layihəsinə start verilmişdir. Azərbaycandan məktəbimizin ibtidai sinif müəllimləri Quliyeva Bədirnisə və Məmmədova Tanya şagirdləri ilə birlikdə layihədə iştirak edirlər. Layihə bir necə mərhələdən ibarətdir: Əlillərə qarşı empatiya, heyvanlar və bitkilərə qarşı empatiya, yaşlılara qarşı empatiya.
Şagirdlər empatiya qurarkən açıqcalar hazırlzdılar, rəngləmələr boyadılar, quşlara yemlik hazırladılar, bitkilərə qulluq etdilər. Layihə zamanı müxtəlif Veb - 2 vasitələrindən istifadə etdilər.
Layihə çox faydalı və verimli oldu.