Təbiətin, sağlam ətraf mühitin qorunması mövzusunda seminar keçirilib

06.04.2022-ci il tarixdə məktəbimizdə sağlam ətraf mühitdə yaşamaq vərdişlərinin aşılanması, təbiətin qorunması, şagirdlərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici seminar keçirilib.
Seminarın keçirilməsində məqsəd orta məktəb şagirdlərində ekoloji biliklərin möhkəmləndirilməsi, onların təbiətə qarşı həsas yanaşmaları, ekologiyanı qorumağın hər bir vətəndaşın borcu olduğunu, bizim və bizdən sonra gələcək nəslin sağlam gələcəyinin məhz ekologiyadan aslı olduğunu göstərmək və ekologiyanın qorumağın vacibliyini dərk etmələrində onlara dəstək olmaq, ekoloji maarifləndirmə işi aparmaqdan ibarətdir.
Seminarda “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyinin sədri, ekspert və könüllü nümayəndələr, məktəbinin direktoru Mailə İsmayılova və müəllim kollektivi və şagirdlər iştirak ediblər. Seminarda çıxış edən QHT sədri Elsevər Cəlilov, məktəbin direktoru Mailə İsmayılova çıxış edərək şagirdlərə ekologiyanı qorumağın vacibliyindən danışıblar, uşaqlara ekologiyanı və onu mühafizə etməyin yollarını izah ediblər.
Seminarın sonunda şagirdlər maraqlandıran suallar cavablandirilib.