Beşyaşlıların kitabxana ilə tanışlığı

Məktəbimizin beşyaşli şagirdləri sinif müəllimləri Sərmayə Daşdəmirova ilə birlikdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində "Mütaliə saatı"nda iştirak ediblər.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova beşyaşlıları kitabxana ilə yaxından tanış edərək "Mütaliənin faydaları" mövzusunda söhbət aparıb. Qeyd edilib ki, insanın kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolu böyükdür. Mütaliə insanı söhbətcil və hazırcavab edir.

Daha sonra şagirdlərə uşaq şöbəsinin fondunda olan maraqlı ədəbiyyatlar haqqında məlumat verilib. Beşyaşlılar Vətənə, qəhrəmanlara aid şeirlər söyləyiblər.

Kitabxana ilə tanışlığın məqsədi mütaliənin, kitab oxumağın əhəmiyyətini kiçik yaşlı oxuculara aşılamaq, onlarda mütaliə vərdişləri formalaşdırmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi