V "d" sinfinin istedadları

Məktəbin Fəaliyyət planına uyğun olaraq istedadlı şagirdlərin aşkara çıxarılması istiqamətində mütəmadi olaraq işlər aparılır.
İstedadları üzə çıxarılan şagirdlər məktəb kollektivinə təqdim olunur.
Yaradıcı işlərindən ibarət sərgilər təşkil edilir, dünyagörüşünün zənginləşdirilməsi, asudə vaxtının səmərəli təşkili məqsədilə gəzintilərə, ekskursiyalara aparılır.
Həyata keçirilən islərin əsas məqsədi uşaqların istedadlarının inkişaf etdirilməsi, asudə vaxtının səmərəli təşkili, dünyagörüşünün zənginləşdirilməsi, sağlam həyat tərzinin formalaşdırılmasıdır.
V”d” sinfində də istedadı və bacarığı ilə secilən şagirdlər çoxdur. Onlardan Abdullayev Muradı, Nəbili Rafiqi və Karayev Fərhadı təqdim edirik. Rafiqlə Fərhad boş vaxtlarında rəsm çəkməyi, müxtəlif fiqurlar düzəltməyi sevirlər. Murad isə şahmatla məşğul olur, müxtəlif fənn müsabiqələrində, sınaq imtahanlrında biliyini yoxlayaraq uğurlar qazanır.