Tariximizin qan yaddaşı

31.03.2022- il tarixdə məktəbimizdə " 31 mart Azərbaycanlıların soyqrım gūnū"dūr mövzusunda nūmunəvi dərslər keçirilib.
Dərslərin keçirilməsinin əsas məqsədi şagirdlərə vətənpərvərlik hissini aşılamaq, həqiqətləri olduğu kimi çatdırmaq və gələcək nəsillərə ötürməkdən ibarət olub. Dərslərdə 31 Mart soyqırımında qətlə yetirilənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə müəllimlər mart ayının 31-nin ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edildiyini bildiriblər, sonra 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə on minlərlə azərbaycanlının qətlə yetirildiyindən, evlərinin talan edilərək yurd-yuvalarından didərgin salındığından danışıblar.
Sonra 31 Mart soyqırımına aid video-çarxlar izlənilib, şagirdlərin təqdimatları dinlənilib.