Novruz bayramı qeyd olunub

17 mart 2022- ci il tarixdə məktəbimizdə Təhsil Nazirliyinin 01.03.2022- ci il tarixli F-85 nömrəli əmrinə əsasən "Bahar çələngi" layihəsinin icrası ilə baglı Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilib.
Şagirdlərin əl işləri, rəsmləri, "Novruz xonçaları", qədimi, tarixi əşyalar sərgilənib. Şagirdlərin ifasında bahara, novruza aid şeirlər, bayatılar, deyimlər, mahnılar səsləndirilib. Novruz adət-ənənələri xatırlanıb. Bir- birindən gözəl rəqslər ifa olunub.
Tədbirdə çıxış edən məktəbin direktoru M.İsmayılova novruz bayramının tarixi kökləri, adət - ənənələri haqqında danışaraq məktəb kollektivini bayram münasibətilə təbrik edib.
Tədbirin əsas məqsədi şagirdləri mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir.