Mina təhlükəsizliyinə dair maaarifləndirmə tədbiri keşirilib

Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli İdarəsi və ordumuzun rəşadəti nəticəsində xalqımızın ən böyük arzusunun gerçəkləşməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətçiliyimizin ən şərəfli səhifəsidir. Bu tarixi Zəfər Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı , dünyada qalib xalq , məğlubedilməz dövlət kimi özünü təsdiqlədi.
Təbii ki, əbədi və əzəli torpaqlarımıza qovuşan hər bir vətəndaşımız səbirsizliklə həmin əraziləri ziyarət etmək istəyir. Lakin mənfur düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımıza xüsusi icazə olmadan gedən mülki vətəndaşlar, o cümlədən gənclər arasında minaya düşərək həlak olan və ya yaralananlara təəssüf ki, rast gəlinir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F–416 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin müəllim, şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in ümumi təhsil müəssisəsində tədris prosesində icrasının təmin edilməsi məqsədilə, 23.02.2022-ci il tarixdə Bakı şəhəri 102 nömrəli tam orta məktəbin 10 q sinfində Gənclərin Çağırışaqədərki Hazırlıq fənni üzrə rəhbəri Dönməz Mirzəyev, 6q sinfində həyat bilgisi fənni üzrə müəllim Cahan Əhmədova tərəfindən “Açıq dərs” lər keçirildi.
Dərslərdə məktəbin direktoru Mailə İsmayılova, təlim-tərbiyə işləri üzrə direktor müavini Sənubər Əhmədova, təşkilatçı- müavin Lyuba Şükürova, məktəbin həkimi Xuraman Məmmədova və müəllimlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mailə İsmayılova açdı. O, təşkil olunmuş açıq dərsin mahiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Gənclərin Çağırışaqədərki Hazırlıq fənni üzrə rəhbəri Dönməz Mirzəyev, həyat bilgisi fənni uzrə müəllim Cahan Əhmədova “Mina təhlükəsizliyi” mövzusunda dərs nümayiş etdirdilər.
Dərsdə şagirdlərə minaların təhlükəli tərəfləri və minalı ərazilərdə necə diqqətli olmaları, mina ilə qarşılaşdıqda necə rəftar etməli olduqları barədə praktik şəkildə məlumat verildi. Məqsəd kütləvi təhlükəsizlik qaydalarını öyrətmək, əhalini, o cümlədən uşaqları mina təhlükəsizliyindən xəbərdar etmək, onlara mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün zəruri bilik və vərdişləri aşılamaq idi. Tədbirdə şagirdlərə mina təhlükəsizliyi haqqında video çarxlar nümayiş etdirilmişdir.
Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri Dönməz Mirzəyev minalanmış ərazi nə deməkdir, minaların partlayış zamanı törətdiyi fəsadlar, partlamamış hərbi sursat barəsində ətraflı məlumat verdi, döyüş sursatlarını şagirdlərə əyani vəsait kimi nümayiş etdirdi.
Məktəbin həkimi Xuraman Məmmədova mina təhlükəsinə məruz qalan insanlara ilk tibbi yardımın göstərilməsi, yaraların üzərinə aseptik sarğıların və şinaların qoyulması barədə danışdı. Məktəbin direktoru Mailə İsmayılova vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində şagirdlərlə söhbət aparıb, onların suallarını cavablandırdı.