"21 Fevral Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş birgə tədbir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə 102 nömrəli tam orta məktəblə birgə Mərkəzi Kitabxanada "Beynəlxalq Ana dili Günü" mövzusuna həsr olunmuş  tədbir təşkil edilib.

Tədbirdə məktəbimizin VI-VII sinif şagirdləri, məktəbin təşkilati işlər üzrə direktor müavini L.Şükürova iştirak ediblər.

Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva şagirdləri mövzu ilə bağlı təşkil olunmuş sərgi ilə yaxından tanış edərək məktəbli oxuculara "Beynəlxalq Ana dili Günü"nün tarixi haqqında geniş məlumat verib. Şagirdlərimiz Ana dilinə aid şeirlər, bədii nümunələr söyləyiblər. Sevdikləri şair və yazıçılar haqqında danışıblar.

Tədbirin məqsədi dövlətin ən ali dəyəri olan ana dilini sevmək, qorumaq, inkişaf etdirmək, bu dildə düzgün danışmağın hər birimizin vətəndaşlıq borcu olduğunu məktəbli oxuculara aşılamaq olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi