Azadlıq carçıları - 20 Yanvar şəhidləri

Məktəbimizdə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
19.01.2022-ci il tarixdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar “Tariximizə qanla yazılmış səhifə“ mövzusunda “Dəyirmi masa” təşkil edilib. “Dəyirmi masa” da məktəbimizin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.
Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.