Nizami Gəncəvi - 880

Məktəbmizin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Quliyeva "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi haqqında" tədbirlər planına uyğun olaraq “Nizami dünyası” adlı tədbir keçirib.
Tədbirdə N.Gəncəvinin həyatı və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. "Sirlər xəzinəsi" poemasının müzakirəsi aparılıb. Poemaya daxil olan ibrətamiz hekayətlərin insanlara aşıladığı yüksək əxlaqi-tərbiyəvi əhəmiyyətindən danışılıb.
Şagirdlərin ifasında “İsgəndərnamə” əsərindən səhnələr göstərilib. Şairin şeirlərindən bədii nümünələr söylənilib. Sözlərinə bəstələnmiş mahnılar ifa olunub.
Tədbirin keçirilməsində məqsəd şagirdləri dahi Nizaminin bədii irsi ilə tanış etmək, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə etmək işini gücləndirmək, mütaliə vərdişlərini inkişaf etdirmək, istedadlı şagirdləri aşkara çıxarmaqdır.