Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub

“Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə məktəbimizdə “Dəyirmi masa” keçirilib.
Tədbirdə ustad aşığın həyat və yaradıcılığına həsr olunmuş video-çarx izlənilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Vəlibəyova sənətkarın yaradıcılığı barədə danışaraq vətənə, təbiətə olan məhəbbətini xüsusilə vurğulayıb.
Şagirdlər A.Ələsgərin vətən qoxulu qoşmalarını, təcnislərini söyləyərək illər ötsə də, insanın qəlbini riqqətə gətirən aşığın sözlərinə yazılmış mahnıları ifa ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdləri aşıq sənətinin görkəmli nümayəndəsi A.Ələsgərin həyatı və yaradıcılığı ilə ətraflı məlumatlandırmaq, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.