Zəfərin mübarək, Vətən!

05.11.2021- ci il tarixdə məktəbimizdə xalqımızın 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbin həyətində açıq havada təşkil olunub.

Tədbirdə şəhid ailələri, məktəmimizin məzunları olan müharibə iştirakçıları, V-XI sinif şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru M.İsmayılova çıxış edərək Azərbaycan xalqının tarixi qələbəsindən danışib.

Şagirdlər Zəfər Gününə həsr olunmuş şeirlər söyləyiblər, mahnılar ifa ediblər, səhnəciklər göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi