Anım günü ilə baglı tədbir keçirilib

27 sentyabr 2021-ci il tarixdə məktəbimizdə Anım Günü ilə bağlı tədbirlər keçirilib.
Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbimizdə Anım Gününə həsr olunmuş toplantı, “Dəyirmi masa”, “Açıq dərs”lər təşkil olunub.
Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verilib. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb.
“Dəyirmi masa”da Vətən Müharibəsində igidlik və qəhrəmanlıq göstərən polkovnik- leytenant Eldəniz Sadıqov, kapitan Çingiz Tahirov, baş leytenant Bakir Əsgərzadə iştirak ediblər.
Açıq dərslərdə işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı məlumatlar da verilib.
Anım Günü ilə bağlı məktəbimizdə həmçinin, “Zəfər tariximiz”, “Vətənpərvər oğullarımız”, “Qarabağ Azərbaycandır” adlı stendlər hazırlanıb.