Yeni tədris ili başlanıb

Sentyabrın 22-də məktəbimizin I-IV sinifləri üzrə yeni dərs ilinə start verilib. Şagirdləin məktəbə girişi pandemiya dövrünün tələblərinə və qaydalara uyğun olaraq təşkil edilib. Məktəbin direktoru M.İsmayılova şagird və müəllim kollektivini məktəblərin açılması və bilik günü münasibətilə təbrik edərək uğurlar arzulayıb.
İlk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub..
Onu da qeyd edək ki, sentyabrın 29-dan məktəbin bütün sinifləri üzrə ənənəvi tədrisə başlanılacaq.