“Farkındayız / We are aware“ eTwinning layihəsi sona çatır

2021- ci ilin mart ayından eTwinning platformasında “Farkındayız / We are aware“ layihəsinə start verilmlşdir. Bu layihədə 8 ölkədən müəllimlər iştirak edir. Onların İçərisində məktəbimizin ibtidai sinif muəllimi Tanya Məmmədova da vardır. Tanya Məmmədova öz şagirdləri ilə birlikdə Azərbaycanı təzsil edirlər.
Layihə şagirdlərimizə sağlamlıq, idman, sağlam qidalanma, təmizlik, texnologiyadan şüurlu istifadə, kitab oxumaq, bu mövzularda fəaliyyətlər təşkil etmək, bu fəaliyyətləri həyata keçirərkən şagirdlərimizə müxtəlif Web 2 vasitələrini tanıtmaq, Web 2 alətlərindən istifadə etməyi öyrətmək məqsədi ilə yazılmışdır.
Layihə üzərində işləmə müddətində uşaqlar müxtəlif tapşırıqlar yerinə yetirdilər: tibbi maska dizaynı, sağlam və zərərli qidalar haqqında məlumatların təqdimatı, gimnastika, gigiyenanın insan həyatındakı əhəmiyyəti (bibər, süd və sabun eksperementi) və s.
Lahiyə çərçivəsində digər ölkələrin müəllimləri və uşaqları ilə onlayn görüşlər keçirilir. Uşaqlar bir-biri ilə ingilis dilində ünsiyyət qurmağa çalışırlar.
Layihə ana dili, dünya məlumatları, texnologiya, rəsm, kompüter elmləri kimi bir çox ümumi təhsil fənləri ilə inteqrasiyaya malikdir.
Əminliklə deyə bilərik ki, layihənin sonunda uşaqlar yeni biliklər alacaqlar, həyatda istifadə edəcəklər və xoş vaxtlar keçirəcəklər.