Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinə həsr olunmuş dərslər keçirilib

04.05.2021 - ci il tarixdə görkəmli alim Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı BŞTİ-nin tədbirlər planına uyğun olaraq məktəbimizin informatika müəllimləri Adilə Sultanova və Lətafət Allahverdiyeva alimin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçiblər. Dərslərdə 50 nəfər şagird iştirak edib.

Dərslər zamanı dünyaşöhrətli alim Lütfi Zadənin həyatı və elmi fəaliyyəti haqqında şagirdlərə geniş və dolğun məlumatlar verilib.

Dərslərin keçirilməsində əsas məqsəd görkəmli elm xadimi Lütfi Zadənin həyatı və yaradıcılığı barədə biliklərlə şagirdləri məlumatlandırmaq, onların elm adamları haqqında bilgilərini zənginləşdirmək, olimpiadalara şagird hazırlığını təmin etmək, milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi