"eTwinning" layihələri başa çatır

25-29 dekabr 2020-ci il tarixdə "Türkiyə-Azərbaycan Proje Oluşturma ve Ortak bulma" veb seminarından sonra hasilə gələn "Benim sınıfım/Mənim sinfim" eTwinning layihəsində  Azərbaycan və Türkiyədən 12 müəllim, 37 şagird fəaliyyət göstərir. Bunların arasında məktıbimizin eTwinningçilərindən 2”a” sinif şagirdləri və müəllimləri Bədirnisə Quliyeva da vardır.

Layihənin məqsədi müəllimlər arasında əməkdaşlığl gücləndirmək, şagirdlərin dərsə olan marağını artırmaq, dərslərdə texnologiyadan istifadəni gücləndirmək, web2.0 alətlərindən istifadə etmək, dərsləri daha əyləncəli etmək, yaradıcı və demokratik olmaq, təhlükəsiz internetdən istifadə etmək, mediya savadlılığını artırmaqdır.

Şagirdlər fəaliyyətləri zamanı web2.0 alətlərindən istifadə etməklə çox əylənirlər, eyni zamanda öyrənirlər. Bütün fəaliyyətlər kurikulum ilə əlaqəli yerinə yetirilir. Layihədə ana dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət, fiziki tərbiyə, musiqi fənlərini tədris zamanı əyləncəli etmək məqsədilə web2.0 alətlərindən istifadə olunmuşdur.

Bütün bunları yerinə yetirərkən yeni web2.0 alətlərindən istifadə etməyi öyrənmək onları daha da səylə çalışmağa sövq edir, təhsilə, yeniliklərə maraqlarını artırır. Nəticədə şagirdlər özlərini təqdimetmə, toplum qarşısında sərbəst danışma qabiliyyətlərinə yiyələnəcəklər, yaradıcı, demokratik bir şəxsiyyət kimi yetişəcəklər.

eTwinningçilərimiz Azərbaycan-Türkiyə-İordaniyadan olan 11 müəllim, 104 şagirdin fəaliyyət göstərdiyi "Ramazan Geleneklerimiz/Our Ramadan Traditions" adlı daha bir layihədə çox səylə çalışırlar.

Bu layihədə şagirdlər ölkəmizdə və fərqli ölkələrdə günümüzə qədər davam edən "Ramazan ayı, adət-ənənələri, mənəvi dəyərlər, mədəniyyətini paylaşmağı və nəsildən-nəslə ötürməyi öyrənəcəklər.

Layihənin məqsədi şagirdlərdə ünsiyyət bacarıqlarını inkişaf etdirmək, əylənərək öyrənmək, əməkdaşlıq, yardım etmə, empatiya, fərqlilərə hörmət hissi qazandırmaqdır.

Bütün layihənin fəaliyyəti zamanı şagirdlər web2.0 alətlərdən istifadə edərək oyunlar hazırladılar, yoldaşları ilə paylaşdılar. Ramazan ilə əlaqədar təqvim, günlük hazırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi