Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı açıq dərs keçirilib

30.04.2021 - ci il tarixdə məktəbmizin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Quliyeva "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi haqqında" tədbirlər planına uyğun olaraq Vll "a" sinfində açıq dərs keçirib.

Dərsdə N.Gəncəvinin həyatı və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. "Sirlər xəzinəsi" poemasının müzakirəsi aparılıb. Poemaya daxil olan ibrətamiz hekayətlərin insanlara aşıladığı yüksək əxlaqi-tərbiyəvi əhəmiyyətindən danışılıb.

Qeyd edilib ki, Nizami Gəncəvinin əsərləri bu gün də aktualdır, milli-mənəvi dəyərləri, yüksək əxlaqi keyfiyyətləri özündə ehtiva edir və xalqımız tərəfindən sevilə-sevilə oxunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi