Şagirdlərimiz eTwinning "Oyun Dünyam" layihəsinə qoşulublar

25-29 dekabr 2020-ci il tarixlərində Türkiyə-Azərbaycan əməkdaşlığı ilə  keçirilən  layihəqurma və ortaq tapmaq veb seminarından sonra qurucuları məktəbimizin müəllimi Bədirnisə Quliyeva və türkiyəli həmkarı Dilek Korkmazın hazırladığı "Oyun Dünyam" layihəsi təsdiqlənmişdir. Layihədə 2 dövlətdən 11 müəllim üzv olmuşdur. Həmçinin məktəbimizin ibtidai sinif müəllimi Tanya Məmmədova öz şagirdləri ilə bu projedə yer almışdır.

Layihə qurucuları uşaqları pandemiya zamanı yaşadıqları ümidsizlik və həvəssizlik kimi mənfi duyğulardan uzaqlaşdırmağı və xoşbəxt fərd olmağını hədəfləyirlər. Layihə zamanı şagirdlər müxtəlif Web 2 vasitələrindən istifadə edərək texnoloji biliklərini və özlərinə inamlarını artıracaqlar.

Layihə 3 etapdan ibarətdir: Ailə Dünyam, Dost Dünyam, WEB2 Dünyam.

Ailə Dünyam: Oyun oynayaraq ailə və uşaqlar arasında keyfiyyətli vaxt keçirtməyi hədəfləyir.

Dost Dünyam: Şagirdlər həm ictimailəşəcək, həm də yaşıdları ilə oyun oynayaraq tədris planı mövzularını öyrənəcəklər.

Web 2 Dünyam: Müxtəlif web 2 vasitələrindən istifadə edərək şagirdlər texnoloji biliklərini və özlərinə inamlarını artıracaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi