Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş olimpiada keçirilib

Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi tərəfindən 19 aprel 2021-ci il tarixdə respublikamızın ümumtəhsil məktəblərində rus dili və ədəbiyyatı üzrə olimpiadanın 1-ci mərhələsi keçirilib.

Olimpiada 880 illik yubileyi qeyd olunan Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunub. Olimpiadaya məktəbimizin rus bölməsinin VII-IX siniflərinin şagirdləri cəlb edilib.

Olimpiada Microsoft Teams piatforması üzərindən onlayn formatda təşkil olunub.

Şagirdlər müəllimlər tərəfindən Microsoft forms platformasına yüklənən, N.Gəncəvinin həyat və yaradıcılığına aid 3 variantda tərtib olunan test suallarıını cavablandırıblar.

Ən yüksək bal toplamış 8 nəfər şagird olimpiadanın 2-ci mərhələsinə vəsiqə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi