Şagirdlərimiz "Dijitalde kitap buluşmaları. Rəqəmsal kitab görüşləri" eTwinning layihəsinə qoşulub

Məktəbimizin ibtidai sinif müəllimi Bədirnisə Quliyeva dərs dediyi 2”a” sinif şagirdləri ilə "Dijital kitap buluşmaları" eTwinning layihəsinə qoşulmuşlar.

Kitab oxumaq hər bir kəs üçün çox böyük xəzinədir. Kitab oxuyanın biliyi artar, xəyal gücü genişlənər. Kitab oxuyan zaman əldə edilən bacarıqlar təkcə ana dilinə deyil, bütün fənlərlə əlaqələndirilir.

Bir aylıq müddətdə şagirdlər "Balaca şahzadə" kitabını Zoom proqramı vasitəsi ilə onlayn oxuyayaraq öz fikirlərini söyləyəcək, düşüncələrini rəsmlərə köçürəcəklər. Web 2. 0 alətləri ilə hazırlanacaq rəqəmsal oyunlarda iştirak edəcəklər.

Layihənin məqsədi şagirdlərin çəkdikləri rəsmlərdən sərgi təşkil etmək, görmə əngəllilər üçün hər şagirdin söylədiyi bir cümlə ilə səsli kitab hazırlamaqdır.

Bu işdə şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi