Şagirdlərimizin "Ahlakı Değerler" və "Atatürkü Anlamak" eTwinning layihələrində iştirakı

Məktəbimizin 2a sinfinin müəllimi Bədirnisə Quliyeva şagirdləri ilə eTwinning layihəsində fəaliyyətlərini davam etdirirlər. B.Quliyeva şagirdləri ilə birlikdə "Ahlakı Değerler" və "Atatürkü Anlamak" layihəlırində fəal iştirak edirlər.

“Ahlak Değerleri” layihəsi ilə şagirdlər pandemiya dövründə danışıqda, süfrədə, təbiət və dostluq münasibətlərində diqqət edilən ədəb-ərkan qaydalarını öyrəndilər.

Şagirdlərimiz "Atatürkü Anlamak" layihəsində əsas məqsəd olan Atatürkün şəxsiyyət xüsusiyyətlərini ən yaxşı şəkildə anlamaq, kitab oxuma vərdişlərini artırmaq, əsl vətənpərvər kimi böyümək, təbiəti sevməyi və qorumağı öyrənmək, web 2.0 alətlərini tanımaq və biliklərini virtual gəzintilər ilə genişləndirmək bacarıqlarını inkişaf etdirirlər.

Şagirdlərimizə bacarıqlı, vətənpərvər, öyrəndikləri ədəb-ərkan qaydalarını cəmiyyətə tətbiq edərək nümunəvi insan kimi yetişmələrini arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi