IX siniflərdə sınaq qiymətləndirmə aparılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib.

Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq qiymətləndirmə onlayn şəkildə təşkil olunub.

Sınaq qiymətləndirmə təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılıb.

Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.

Qeyd edək ki, sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi