IX siniflərdə məktəbdaxili sinaq qiymətləndirmə keçirilib

Məktəbin Fəaliyyət Planına uyğun olaraq IX siniflər üzrə buraxılış imtahanlarına hazırlığın səviyyəsini yoxlamaq məqsədilə məktəbdaxili sınaq qiymətləndirmə keçirilib.

Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq sınaq qiymətləndirmə onlayn formatda təşkil olunub.

Sınaq qiymətləndirmə təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılıb.

Ümumilikdə 90 sualın (təlim dili 30, riyaziyyat 30, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.

Qeyd edək ki, sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi