Xocalı soyqırımı tariximizin qan yaddaşıdır

26 fevral 2021-ci il tarixdə məktəbimizdə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş sinif tədbirləri keçirilib.
“Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və məktəbin “Tədbirlər Planı”na əsasən keçirilən tədbirlərin əsas məqsədi Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, şagirdlərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdən ibarətdir.
Tədbirlərdə şagirdlər Vətənə, torpağa aid şeirlər səsləndiriblər, onların hazırladıqları fotostendlər və guşələr nümayiş etdirilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində işğal altında olan topaqlarımız azad olunub, biz öz torpaqlarımıza qayıtmışıq və həmin torpaqlarda həyat canlanacaq.