İlk dərslər Xocalı faciəsinə həsr olunub

Fevralın 26-da məktəbimiz üzrə onlayn və ənənəvi formada keçirilən birinci dərslər “Xocalı faciəsi”nin 29-cu ildönümünə həsr edilib.

“Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”nı əsas götürülərək məktəbin tədbirlər planı hazırlanıb.

Tədbirlər planının icrası istiqamətində həyata keçirilən fəaliyyətlərin əsas məqsədi Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı qətliamı haqqında ətraflı məlumat vermək, şagirdlərdə düşmənə qarşı nifrət, barışmazlıq hisləri aşılamaq, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdir.

Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən danışıblar. Qeyd edilib ki, “Xocalı faciəsi” XX əsr Azərbaycan tarixinə qanla yazılmış, Azərbaycan xalqına qarşı törədilmiş ən müdhiş genosid aktıdır. Xocalı soyqırımına tarixi, siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində faciənin əsl mahiyyəti və günahkarları üzə çıxarılıb. 44 günlük Vətən müharibəsində düşmənin darmadağın edilməsi, şanlı qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı sübuta yetirilib. 

Sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı təqdimatları dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndiriblər. Faciə ilə bağlı cəkdikləri rəsmləri nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi