Əyani tədris bərpa edilir
Fevralın 15-dən məktəbimizin V-IX siniflərində əyani tədrisə start verilib.
Əyani tədris V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə olmaqla təşkil olunub.
Qeyd edək ki, əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünüb. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar məktəbə daxil olan zaman müəllim və şagirdlərin, texniki heyətin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur.
Tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.
Koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır.