Çağırışaqədərki hazırlıq müəllimi təltif edilib

Məktəbimizin çağırışaqədərki hazırlıq müəllimi Dönməz Mirzəyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 10 dekabr 2020-ci il tarixli 102 nömrəli əmri ilə "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının Medalı ilə təltif olunub.

D.Mirzəyev qırx dörd günlük II Qarabağ müharibəsi dövründə qətiyyəti və cəsarəti ilə ön cəbhədə vuruşan əsgərlərimizə maddi yardımların çatdırılmasında, könüllülərin cəbhə bölgəsinə yola salınmasında yaxından iştirak edərək onlara mənəvi dayaq olub.

Onun dərs verdiyi, məktəbimizin yetirmələri olan onlarla məzunlar vətən müharibəsində fəal iştirak edərək rəşadət göstəriblər.

Müəllimimizi təbrik edir, ona yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi