IX siniflərin buraxılış imtahanları ilə bağlı onlayn iclas keçirilib

21.01.2021- ci il tarixdə məktəb üzrə lX siniflərdə dərs deyən Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili müəllimləri ilə onlayn iclas keçirilib.

Məktəbin direktoru M.İsmayılova lX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlığı və şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması ilə bağlı BŞTİ - nin müvafiq tapşırıqları barədə fənn müəllimlərini məlumatlandırıb.

İclasda 2021- ci il buraxılış imtahanlarının yeni model əsasında 1(bir) mərhələdə həyata keçirilməsi ilə bağlı dəyişikliklər, eləcə də məşğələlərin təşkili və nəzarət, şagird davamiyyəti və sınaq imtahanlarıına hazırlıq, imtahan nəticələrinin yüksəldilməsi barədə müzakirələr aparılıb.

Müəllimlərin təklif və rəyləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi