20 yanvar faciəsinə həsr olunmuş onlayn tədbir

Məktəbimiz üzrə 20 Yanvar faciəsinin 31- çi ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbirdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.

Tədbirdə çıxış edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri haqqında şagirdlərə ətraflı məlumat veriblər.

Eyni zamanda 20 Yanvar hadisələrinin nəticələrindən, şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının şücaətindən, ulu öndər Heydər Əliyevin həmin tarixi dönəmə verdiyi siyasi qiymətdən, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhid ailələrinə dövlətimizin qayğısından danışılıb.

Qeyd edilib ki, 20 Yanvar şəhidlərinin başladığı mübarizə yolu bu gün tam qələbə ilə başa çatıb, işğal altında olan torpaqlarımız düşməndən azad edilib.

Tədbir zamanı şagirdlərin 20 Yanvar faciəsinə həsr olunmuş təqdimatları, şeirləri, məruzələri dinlənilib, çəkdikləri rəsmlər, video - çarxlar nümayiş etdirilib.

Ürəyi vətən eşqi ilə çırpınan şagirdlər şəhidlərin qanının yerdə qalmadığından, cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun şanlı qələbəsindən, torpaqlarımızın işğaldan azad olunmasından, igid, qəhrəman oğulların şücaətindən fəxrlə danışaraq vətənə layiq övladlar olacaqlarına söz veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi