20 yanvar faciəsinə həsr olunmuş onlayn dərslər

Məktəbimiz üzrə 20 Yanvar faciəsinin 31- çi ildönümünə həsr olunmuş onlayn dərslər keçirilib.

İlk olaraq Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərslərdə çıxış edən müəllimlər tərəfindən şagirdlərə tariximizin yaddaşına qanla yazılmış faciə haqqında ətraflı məlumat verilib. Video çarxlar, şagirdlərin çəkdikləri rəsmlər nümayiş etdirilib. Şagirdlərin ifasında vətənə, vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Ürəyi vətən sevgisi ilə döyünən şagirdlər şəhidlərin qanının yerdə qalmadığından, cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun şanlı qələbəsindən, torpaqlarımızın işğaldan azad olunmasından, igid, qəhrəman oğulların şücaətindən fəxrlə danışaraq vətənə layiq övladlar olacaqlarına söz veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi